Добро пожаловать в Справочник азербайджанского автомобилиста!
Мы пишем о ваших правах, обязанностях и вашей безопасности за рулём. Здесь Вы можете посмотреть список всех страниц справочника.

Обжалование решения по протоколу в суде

Материал из Справочник азербайджанского автомобилиста

Share/Save/Bookmark
Перейти к: навигация, поиск

Уважаемый автомобилист!

В связи с частыми обращениями и непростой ситуацией в сфере своевременного оформления административного правонарушения и законного ведения административного дела, а так же участившимися случаями обращения автомобилистов по поводу их вызовов в DYP (ГАИ) по мобильному телефону или пришедшим участковым, участники проекта AZPDD предлагает вашему вниманию следующую информацию:

Содержание

За административное правонарушение...

1.За административное правонарушение лицу может быть дано административное взыскание не позднее 2-х месяцев со дня совершения правонарушение, согласно статьи 36.1 КоАП

Maddə 36. İnzibati məsuliyyətə cəlb etmə müddətləri
36.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər.

Для начала дела об административном...

2.Для начала дела об административном правонарушении может быть ряд причин, указанных в статье 409 КоАП,

Maddə 409. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər və əsas
409.1. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər aşağıdakılardır:
409.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi;
409.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya yerli özünüidarəetmə orqanlarından, ictimai birliklərdən materialların daxil olması;
409.1.3. fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən məlumatlar, onların ərizələri, habelə kütləvi informasiya vasitələrində elan olunmuş məlumatlar.

Для фиксации административного правонарушения...

3.Для фиксации административного правонарушения должен быть составлен протокол об административном нарушении (см.рисуок Протокола), согласно статьи 410 КоАП

Maddə 410. İnzibati xəta haqqında protokol
410.1. Bu Məcəllənin 368-ci və 412.1-ci maddələri istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:
410.1.1. protokolun tərtib edildiyi tarix və yer;
410.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
410.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;
410.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
410.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
410.1.6. şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;
410.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;
410.1.8. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar.
410.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.
410.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolla tanış olmaq imkanı yaradılır.
410.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

Протокол об административном правонарушении требований Правил дорожного движения

Административный протокол составляется...

4.Административный протокол составляется немедленно с момента обнаружения административного правонарушения, согласно статьи 411.1 КоАП

Maddə 411. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri
411.1. İnzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir.

либо в течении 2-х дней, если требуется внести ясность в обстоятельства дела или установлению личности правонарушителя, согласно статьи 411.2

411.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilir

либо в течении 2-х месяцев, если проводится административное разбирательство, согласно статьи 411.3 и 413.5 КоАП

411.3. İnzibati araşdırma aparıldığı hallarda inzibati xəta haqqında protokol inzibati araşdırma başa çatdıqdan sonra bu Məcəllənin 413.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir
413.5. İnzibati araşdırmanın aparılması müddəti inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Müstəsna hallarda, bu müddət icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin vəsatəti əsasında yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadıla bilər.

Административное разбирательство проводится...

5.Административное разбирательство проводится в случаях, если проводятся экспертные или процессуальные действия, требующие времени, и оформляется разбирательство решением должностного лица, имеющим право на составление протокола, прокурором. По окончании периода административного разбирательства, как было отмечено выше, составляется протокол, согласно стать 413 КоАП.

Maddə 413. İnzibati araşdırma
413.1. Maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının və ya yanğın təhlükəsizliyi sahəsində inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.
413.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəlləyə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında prokuror qərar qəbul edir.
413.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:
413.3.1. qərardadın tərtib edildiyi yer və tarix;
413.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
413.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edən məlumatlar;
413.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.
413.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.
413.5. İnzibati araşdırmanın aparılması müddəti inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Müstəsna hallarda, bu müddət icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin vəsatəti əsasında yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadıla bilər.
413.6. İnzibati araşdırma başa çatdıqda inzibati xəta haqqında protokol tərtib edilir.

Протокол для рассмотрения...

6.Протокол для рассмотрения и принятия решения по нему должен быть отправлен должностному лицу в течении 48 часов, согласно статьи 414.1 КоАП

Maddə 414. Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi
414.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

Приостановление исполнения административного дела...

7.Приостановление исполнения административного дела может быть приостановлено по причинам указанным в статье 415.1

Maddə 415. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması
415.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:
415.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə;
415.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda;
415.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda.

Приостановление исполнения оформляется...

8. Приостановление исполнения оформляется решением должностного лица и возобновляется решением уполномоченного должностного лица при устранении причин указанных в статьях 415.1 и 415.3 КоАП, согласно статей 415.3 и 415.4 КоАП

415.3. İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir. 415.4. Bu Məcəllənin 415.1.1-415.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir.

Приостановление течения времени...

9. Приостановление течения времени указанного в статье 36.1 не может превышать 1 год. По истечении этого срока исполнение административного дела прекращается, согласно статьи 415.5 КоАП

415.5. İnzibati xəta haqqında iş üzrə icraat dayandırıldıqda bu Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin axımı dayanır. İnzibati xəta haqqında iş üzrə müddətinin axımının dayandırılması bir ildən artıq davam edə bilməz. Həmin müddət bitdikdə İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

Для принятия решения...

10. Для принятия решения должностного лица по составленному делу, необходимо провести подготовительные работы в которые включены такие дела, как назначение времени и места проведения рассмотрения дела, приглашение участников административного дела и затребование необходимых материалов по делу, согласно статьи 420 КоАП.

Помните, что если Вы уклоняетесь от участия в рассмотрении административного дела, то только суд может принять решение по приводу Вас по месту рассмотрения дела, согласно статьи 420.3 КоАП.

Maddə 420. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi
420.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:
420.1.1. işin baxılmasının tarixinin və yerinin təyin edilməsi;
420.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 371-377, 379-382-ci maddələrində göstərilən şəxslərin çağırılması;
420.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi;
420.1.4. ekspertizanın təyin edilməsi;
420.1.5. işə baxılmanın təxirə salınması;
420.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;
420.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın, (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.
420.2. Bu Məcəllənin 367-ci və 415.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.
420.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzürlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər.

Не лишним будет напомнинание...

11. Не лишним будет напоминание, о том что лицо по которому ведётся административное дело имеет права указанные в статье 371 КоАП.

Maddə 371. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs
371.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:
371.1.1. işin materialları ilə tanış olmaq;
371.1.2. izahat vermək;
371.1.3. sübutlar təqdim etmək;
371.1.4. vəsatət və etirazlar vermək;
371.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;
371.1.6. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;
371.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək.
371.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.
371.3. İnzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
371.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər.
371.5. İnzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.
371.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırıla bilərlər.

Рассмотрение административного дела происходит по месту...

12. Рассмотрение административного дела происходит по месту его совершения или по ходатайству правонарушителя, по месту его жительства, согласно статьи 421.1 КоАП

Maddə 421. İnzibati xəta haqqında işin baxılması yeri
421.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.

Время рассмотрения дела...

13. Время рассмотрения дела определяется, как 15 дней с момента получения протокола и др.материалов должностным лицом, согласно статьи 422.1 и может быть продлено до 1-го года, согласно статьи 422.2, если есть обращение участников дела или есть необходимость в определении дополнительных обстоятельств, оформленное обоснованным решением должностного лица.

Maddə 422. İnzibati xətalar haqqında işlərə baxılması müddətləri
422.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.
422.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər.

По административному делу принимается решение...

14. По административному делу принимается решение, и которое немедленно объявляется и копия которого в 3-х дневный срок выдаётся лицу по которому оно принято, согласно статьей 426 и 427 КоАП

Maddə 426. İnzibati xəta haqqında iş üzrə qərar
426.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:
426.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
426.1.2. işin baxılması tarixi və yeri;
426.1.3. işinə baxılan şəxs haqqında məlumat;
426.1.4. işə baxılarkən müəyyən edilmiş hallar;
426.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü;
426.1.6. iş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi;
426.1.7. qərardan şikayət verilməsi müddəti və qaydası.
426.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir.
426.3. İnzibati xəta haqqında iş üzrə qərarda alınmış əşyalar və sənədlər barədə məsələlər həll olunmalıdır. Belə olduqda:
426.3.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir;
426.3.2. dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir;
426.3.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya maraqlı şəxslərə verilir;
426.3.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.
426.4. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasında sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır.


Maddə 427. İnzibati xəta haqqında iş üzrə qərarın elan edilməsi
427.1. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.
427.2. Qərarın surəti üç günədək müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir.

Если вы удовлетворены рассмотрением дела...

16. Если вы удовлетворены рассмотрением дела должностным лицом и если по принятому решению Вас оштрафовали, то Вы должны оплатить штраф в 30 дневной срок со дня вступления его в силу. С Порядком оплаты Вы можете ознакомится на нашем сайте.

Maddə 451. İnzibati cərimənin edilməsi haqqında qərarın icrası
451.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir.

Вы имеете право на обжалование решения...

17. Вы имеете право на обжалование решения в судебном порядке, согласно статьи 420.3.2

Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ
430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.

Срок подачи судебного иска...

18. Срок подачи судебного иска на решение должностного лица по протоколу определён в 10 дней, по статье 432.1

Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri
432.1. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

Иск должен быть рассмотрен...

19. Иск должен быть рассмотрен в течении 10 дней, со дня получения заявления, согласно статьи 433.1

Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri
433.1. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest daxil olduğu gündən on gün müddətində baxılır

Если вы желаете опротестовать решение должностного лица и желаете подать судебный иск, то Вам необходимо ознакомиться с инструкцией по праву и возможности лица подать судебную жалобу размещённую на нашем сайте.

Личные инструменты
Пространства имён
Варианты
Действия
Навигация
Инструменты